""Milan"da fenomenal Qalliani var, qalan şeylər dağınıqdır"

""Milan"da fenomenal Qalliani var, qalan şeylər dağınıqdır"
14:52 4 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Nice" klubunun hücumçusu Mario Balotelli Fransaya gəlmək səbəblərini şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan forvard keçmiş klubu "Milan"da təşkilati problemlərin olduğunu qeyd edib.

""Liverpul" və "Milan"da keçirdiyim son iki mövsümdə ideal ab-hava yox idi. Mario texniki səhvlərə yol versə də, bunun davranışla bağlı problemlərə aidiyyatı yox idi. Əsas məsələ zədələr idi. Bu, Tanrının iradəsidir. Mənlik bir şey yoxdur. Son iki klubumda məni istəmirdilər. "Milan"da təşkilati problemlər var. Klubun strukturunda fenomenal Qalliani çalışır. Qalan şeylər dağınıqdır. Onun postundan getmək istəməsi durumun necə olduğunu göstərir.

Nitsaya getmək istədiyim ilk vaxtlarda məni dəniz və şəhərin iqlimi cəlb edirdi. Sakit bir yerdə pis vərdişlərdən uzaq olmağa çalışırdım. Bu, həlledici faktor olmasa da, səbəblərdən biri idi. İtaliya millisinə dəvət almamağım ədalətlidir. İstəyirəm ki, ən yaxşı formada olduğum vaxt oraya çağırılım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR