SOCAR sentyabrda 12 km quyu qazıb

SOCAR sentyabrda 12 km quyu qazıb
15:22 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 12 335 metr qazma işi həyata keçirilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu sahədə görülmüş işlərin 11 570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə 86 583 metr qazma işi görülüb ki, bunun da 84 518 metri istismara, 2 065 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-sentyabrda-12-km-quyu-qazib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR