"Sevilya bərbəri" operasının tamaşası keçiriləcək

"Sevilya bərbəri" operasının tamaşası keçiriləcək
15:32 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin tamaşaçıların çox sevdiyi "Sevilya bərbəri" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az bildirir ki, tamaşada əsas partiyalardan biri - Fiqaro partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət olunmuşdur.

Digər əsas rollarda isə azərbaycanlı vokal ustaları - xalq artisti Əli Əsgərov (Don Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (doktor Bartolo), Fərid Əliyev (qraf Almaviva), gənc solistlər Nina Makarova (Berta) və Tural Ağasıyev (Fiorello) çıxış edəcəklər.

Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/475986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR