“Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik”

“Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik”
15:37 4 Oktyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

"Norveç millisi Azərbaycanla oyunun favoritidi. Düzdü, mən 100 faiz əmin deyiləm ki, səfərdən qalib ayrılacağıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç millisinin sabiq futbolçusu Mini Yakobsen deyib.

"Rusenborq" və yığmadakı çıxışları ilə tanınan futbol veteranı DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan və San-Marino ilə matçları haqda fikirlərini açıqlayıb. Yakobsen iki qarşılaşma üçün hədəflərini gizlətməyib: "Ötən tsikldə rəqib meydanında 1:0 hesabı ilə yendiyimiz komandanı evdə uda bilməmişdik. Bakıda oyunun çox gərgin keçəcəyini gözləyirəm. Buna baxmayaraq, yığmamız qarşıdakı 2 matçda 6 xal əldə etməlidi. Əgər seçmə mərhələni 2-ci yerdə başa vurmaq istəyiriksə, Azərbaycan və San-Marino ilə matçlarda xal itirməməliyik. Almaniyaya biabırçı məğlubiyyət Norveç üçün dərs oldu. Lakin 3 vacib oyun öncəsi bu pis oldu. İndi Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik".
 
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR