Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər

Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər
16:52 4 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər:

"İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR