Dövlət fondlarının vəsaitini dağıdanlar məsuliyyətə cəlb ediləcəklər

Dövlət fondlarının vəsaitini dağıdanlar məsuliyyətə cəlb ediləcəklər
17:12 4 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda büdcədədənkənar dövlət fondlarının vəsaitlərini təyinatı üzrə istifadə etməyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Büdcə sistemi haqqında" qanuna yeni əlavə və dəyişikliklər edilir.

Yeni layihəyə əsasən, büdcədədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyət daşıyacaqlar.

Bununla yanaşı, məqsədli büdcə fondlarının təyinatı üzrə istifadə edilməməsinə görə də vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR