İpoteka üçün büdcədən 32,4 mln. manat ayrıldı

İpoteka üçün büdcədən 32,4 mln. manat ayrıldı
17:23 4 Oktyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib.

Publika.az xəbər verir ki, may-iyul aylarında olduğu kimi, avqust ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

Yanvar-avqust aylarında AİF 30,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Azalma təqribən 47,5% təşkil edib. Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR