Yenə sərhədi keçdi: Obamanı "cəhənnəmə" göndərdi

Yenə sərhədi keçdi: Obamanı "cəhənnəmə" göndərdi
17:33 4 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodriqo Duterte ölkədə narkotik ticarətinə qarşı həyata keçirilən kampaniyanı tənqid edən Vaşinqtona cavab verib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı ABŞ prezidenti Barak Obamanı “cəhənnəmə” göndərib.

“Amerika prezidenti Barak Obama cəhənnəmə gedə bilər”, - Rodriqo Duterte deyib.

Bundan başqa, o, Filippin hakimiyyətinin narkotiklə mübarizə metodlarını ittiham edən Avropa Birliyinə məhşəri seçməyi məsləhət görüb.

Son məlumatlara görə, narkobizneslə mübarizə çərçivəsində ölkədə bu il iyulun 1-dən indiyə kimi 3,6 mindən çox insan öldürülüb.

İyun ayında prezident vəzifəsinə başlayan Duterte tez-tez Qərb siyasətçilərinin və dövlət xadimlərinin ünvanına kəskin bəyanatlarla çıxış edir. Məsələn, o, Obamanı “əxlaqsızın oğlu”, BMT-nin baş katibi Pan Gi Munu isə “axmaq” adlandırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR