Bir kişi iki bacı ilə evlənə bilərmi?

Bir kişi iki bacı ilə evlənə bilərmi?
17:42 4 Oktyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam dinində eyni şəxsin iki bacı ilə ailə qurması haramdır. 

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Sumqayıt şəhər Cümə Məscidinin axundu Rauf Sərdarov deyib. Onun fikrincə, şəriət bir şəxsin həyat yoldaşının bacısıyla evlənməsinə 2 halda icazə verir: "Əgər şəxsin birinci həyat yoldaşı rəhmətə gedərsə, yaxud da ondan boşanarsa, bu halda şəriət yol verir. Əks halda şəriətimizə, müsəlmançılığımıza, Qurani-Kərimə, dinimizə zidd olan işdir. Dinimiz bunu yasaq və haram bilib".

Qeyd edək ki, sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva böyük bacısının əri ilə qaçıb. 

Qeyd edək ki, sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva böyük bacısının əri ilə qaçıb. Baldızını qaçıran Mikayıllı kənd sakini Ələmdar Məmmədovun anası isə açıqlamasında "məsləhət olsa, hər iki bacı ilə yaşayar", - deyə şərh verib. Bu isə cəmiyyətdə müzakirələrə səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR