AZƏRTAC və TASS arasında tərəfdaşlıq əlaqələri daim dərinləşir

AZƏRTAC və TASS arasında tərəfdaşlıq əlaqələri daim dərinləşir
18:05 4 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

AZƏRTAC və Rusiyanın TASS informasiya agentliyi arasında tərəfdaşlıq əlaqələri möhkəm ənənələrə söykənir və daim dərinləşir.

Bununla bağlı fikir TASS agentliyinin beynəlxalq əlaqələr idarəsinin direktoru Oleq Ostrovidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Milli.Az Baş direktor Aslan AslanovAZƏRTAC ilə TASS arasında sıx tərəfdaşlıq əlaqələrinin olduğunu, hər iki agentliyin beynəlxalq informasiya təşkilatlarında bir-birinə dəstək verdiyini vurğulayıb. Qeyd olunub ki, 2016-cı il noyabrın 18-də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında sədrlik TASS agentliyindən AZƏRTAC-a keçəcək. Bu və digər məsələlərdə Rusiya agentliyinin AZƏRTAC-a davamlı dəstək göstərməsi tərəfdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Oleq Ostrovidov qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın Baş Assambleyasının Azərbaycanda keçirilməsi möhtəşəm hadisədir. O, TASS agentliyinin bu tədbirlərin yüksək səviyyədə keçməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Görüşdə qeyd olunan tədbirlərə hazırlıq işlərinə, kadr mübadiləsinə və əməkdaşlığın digər aspektlərinə dair müzakirələr aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR