Rəssam, filosof, memar, mühəndis, ixtiraçı, riyaziyyatçı, musiqiçi, heykəltəraş, botanik və yazar olaraq İntibah ruhunu ən yaxşı əks etdirən adlardan olan Leonardo da Vinçi sahib olduğu qabiliyyəti ilə bu günün insanını belə heyrətə gətirir. Bəlkə də da Vinçi kimi şəxsiyyətlər dünyaya min ildə bir gələr, ya gəlməz.
Odur ki, biz də Publika.az-ın “Dahi ömrü” layihəsinin bu yazısını da Vinçiyə həsr etdik. Bu möhtəşəm insan haqqında daha əvvəl heç yerdə eşitmədiyiniz məlumatları sizlər üçün topladıq.
1. Leonardo da Vinçi göy üzünün niyə mavi olduğunu söyləyən ilk insandır.
2. Leonardo da Vinçi eyni anda bir əliylə yazı yazarkən digər əliylə şəkil çəkmək qabiliyyətinə sahib idi.
3. Göz üçün linza fikrini ilk dəfə Leonardo da Vinçi 1508-ci ildə söyləyib.
4. Bill Qeyts 1994-ci ildə Leonardo da Vinçinin "Codex Leicester" adlı kitabını 30 milyon dollara alaraq bəzi səhifələrini “Windows 95”də ekran qoruyucu kimi istifadə edib.
5. Leonardo Dikaprionun adının Leonardo olmasının səbəbi onun ana bətnində ilk tərpənişi zamanı anasının məhz Leonardo da Vinçinin bir cədvəlinə baxması ilə bağlıdır.
6. Leonardo da Vinçinin axan su eroziyası haqqında gördüyü işlər, dünyanın İncildə yazılandan çox daha yaşlı olduğunu iddia etməsinə gətirib çıxarıb.
7. Üz tanıma proqramı ilə araşdırılan Mona Lizanın 83% xoşbəxt, 9% yorğun, 6% qorxaq və 2% hirsli olduğu nəticəsini əldə ediblər.
8. Leonardo da Vinçi solaxay məşhurlardan biridir. Digər solaxay məşhurlardan bəziləri isə Napoleon, Mikelancelo, Eynşteyn, Nyuton, Bill Qeyts, Obama və Cimi Hendrixdir.
9. Da Vinçi öz-özünə təhsil alıb. O dövrdə verilən Yunan və ya Latın təhsili almayıb.
10. Leonardo da Vinçi zirehli vasitə, döyüş arabası, xizək çəkən və bir uçan vasitə hazırlayıb.
11. Da Vinçi bəzən yalnız sərbəst buraxmaq üçün qəfəs heyvanlarını alırmış.
12. Da Vinçinin son sözləri: "Tanrını və insanları incitdim. Lakin çalışmalarımda istədiyim keyfiyyəti əldə edə bilmədim", - olub.
13. Leonardo da Vinçi yaşadığı dövrdə homoseksuallıq səbəbiylə edam ediləcəkdi. Ancaq hadisəyə heç bir şahid tapılmadığı üçün bu qərar ləğv olundu.
14. Da Vinçinin yaşadığı dövrdə icadlarının həyata keçirildiyinə dair ən kiçik bir dəlil yoxdur. Eyni zamanda yazılarının heç biri yaşadığı dövrdə nəşr olunmayıb.
15. Mona Liza 1911-ci ildə Luvr muzeyindən oğurlanmasından sonra dünyanın ən məşhur tablosu olub.
16. Tarixin ən məşhur rəssamlarından biri olmasına baxmayaraq Leonardo da Vinçinin bilinən yalnız 15 tablosu var.
17. Da Vinçinin hazırladığı maşınlar 2003-ci ildə həyata keçirilərək test edilib. Bu maşınlardan bəzilərinin müvəffəqiyyətli olduğu, bəzilərinin də istifadəyə yararsız olduğu məlum olub.
18. Da Vinçinin zarafatcıl bir insan olduğu söylənilir. Belə ki, saxta qanadlar və buynuzlar taxaraq Vatikan insanlarını qorxudub.
19. Da Vinçi Messer Pyero adlı bir şəxslə azərbaycanlı hesab olunan qadının evlilikdən xaric uşağıdır.
20. Leonardo da Vinçi imzasını Mona Lizanın sağ göz bəbəyinə qeyd edib.
Dilrubə Vaqifzadə