Göygöldə 21 yaşlı piyadanı avtomobil vurub

Göygöldə 21 yaşlı piyadanı avtomobil vurub
18:32 4 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 4 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva ayağının sınığı diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi xidmət göstərilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.
Onun yaxınlarının dediyinə görə, C.Quliyeva Göygöl rayonunun Qızılca kəndində marşurtdan düşüb yolu keçmək istəyərkən başqa bir avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/goygolde-21-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR