Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb

Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb
19:17 4 Oktyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Almaniya yığmasının futbolçusu Mario Qomes milli komandadan kənarlaşdırılıb. 
"Report"un məlumatına görə, futbolçu zədə səbəbindən yığmadan kənarda qalacaq.
Onun omba əzələlərində sərtləşmə aşkarlanıb və bir neçə gün məşqlərdən uzaq qalacaq. Nəticədə 31 yaşlı Qomes 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Çexiya və Şimali İrlandiyaya qarşı forma geyinə bilməyəcək.
Qeyd edək ki, Qomes hazırda Almaniyanın "Volfsburq" komandasında çıxış edir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/almaniyali-futbolcu-yigmadan-kenarlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR