Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb
20:02 4 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Diyarbakır əyalətində hərbi bazanı raket atəşinə tutublar. 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Lice və Bingölün Gənc rayonları arasındakı Habalı bölgəsində baş verib. 
Nəticədə 1 baş leytenant şəhid olub, 5 hərbçi yaralanıb. Yaralılar Diyarbakır şəhərindəki müxtəlif xəstəxanalara çatdırılıblar. 
Bölgəyə "Təcili tibbi yardım" maşınları və əlavə qüvvələr cəlb edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-herbi-baza-raket-atesine-tutulub-1-herbci-sehid-olub-5-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR