İranda 12 terrorçu öldürülüb

İranda 12 terrorçu öldürülüb
20:04 4 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

İranın Kirmanşah əyalətində terrorçular ilə Sepah qüvvələri arasında  atışma baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, atışma nəticəsində 12 terrorçu öldürülüb və çox sayda silah-sursat götürülüb.

 

İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandiri  Məhəmməd Xakpur bildirib ki, bu gün sərhədi keçməyə cəhd edən terrorçuların ölkəyə girişinin qarşısı alınıb. 

 

“ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib. Nəcəf qərargahının təhlükəsizlik qüvvələri  onların qarşısını alıb və qruplaşma üzvləri tamamilə məhv edilib. Qruplaşmanın 12 üzvi öldürülüb və onlardan silah-sursat müsadirə olunub”, - deyə Məhəmməd Xakpur bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR