Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər

Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər
20:12 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə bilər. 
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strategiya Hazırlıqları Mərkəzinin direktoru Aleksey Kudrin tərəfindən "Biznesin atlantları" forumundakı çıxışında bildirilib. 
O deyib ki, Rusiyanın 10-12 il sonra qeyri-əmtəə ixracı əmtəə ixracını üstələyəcək: "Mən bunu zəruri hesab edirəm. Biz yalnız o zaman ölkənin neft asılılığından qurtulduğunu söyləyə biləcəyik."
A.Kudrin həmçinin bildirib ki, Rusiya 4-5 il sonra 3-4% iqtisadi artıma nail ola bilər. 
Xatırladaq ki, bu ilin ilk 8 ayı ərzində illik müqayisədə Rusiyanın ÜDM-i 0,7% azalma göstərib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-neft-asililigindan-10-12-ile-qurtula-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR