Şarapovaya 9 ay güzəşt

Şarapovaya 9 ay güzəşt
20:16 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dopinq istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası (ITF) tərəfindən 2 illik cəzalandırılan rus tennisçi Mariya Şarapova qərardan apelyasiya şikayət vermişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) tennisçinin şikayətini dəyərləndirib və cəzanı 9 ay azaldıb.

Cəzanın başlama tarixi 26 yanvar 2016-cı il, bitiş tarixi də 26 aprel 2017-ci il olaraq qeyd edilib.

Beləliklə, Şarapova gələn il ikinci “Böyük Dəbilqə” turniri olan “Fransa Açıq”a qatıla biləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR