"Bu sinələr üçün həyatımı riskə atdım" - FOTO

"Bu sinələr üçün həyatımı riskə atdım" - FOTO
20:42 4 Oktyabr 2016
467 Dünya
Ölkə mətbuatı
A- A+

Köhnə bir rəqqasə olan müğənni qadın sinəsini tez-tez açıb göstərdiyi üçün onu tənqid edən fanatlarına çəkdiyi video vasitəsi ilə cavab verib.

Milli.Az haberler-ə istinadən bildirir ki, görüntüdən də məlum olduğu kimi bir avtomobilin arxa oturacağında oturan 24 yaşlı Belkalis Almanzar izləyicilərini öncə nəzakətlicə salamladıqdan sonra "ağzını açıb, gözünü yumub". Sözlərinə: "Salam millət. Bir çox adam mənə "geydiyin hər paltarda sinəni qabarıq şəkildə göstərirsən" deyir. 19 yaşımdaykən, bir gecə klubunda axşam səkkizdən səhər dördə qədər, dörd ay ərzində hər gün, ayaqlarım şişənə qədər işlədim. Beləcə bu sinələri pul hesabına əldə etdim" deyib.

Daha sonra üst paltarını yuxarı qaldıran rəqqasə, sağ döşünü göstərərək keçirdiyi əməliyyatın təhlükəsinə diqqəti yönəldib. Belkalis qışqıraraq: "Bax bu sinələr üçün həyatımı riskə atdım. Bu səbəblə də ölənə qədər bunları göstərməyə davam edəcəm" ifadələrini işlədib. Artıq müğənni kimi fəaliyyət göstərən Belkalisin bu videoaçıqlaması bir neçə gün ərzində izləmə rekordu qırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR