Azərbaycanda yeni xiyar sortu yetişdiriləcək

Azərbaycanda yeni xiyar sortu yetişdiriləcək
13:24 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən aparılan sort-sınaq işlərinin nəticələri açıqlanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, ötən il payızlıq yumşaq buğdanın 5, payızlıq bərk buğdanın 1, payızlıq arpanın 1, qarğıdalının 1, noxudun 1, yerfındığının 1, yoncanın 1, pambığın 3, pomidorun 4, badımcanın 1, soğanın 1, tərəvəz lobyasının 1, kələmin 2, xiyarın 1, acı bibərin 1, kivinin 1, feyxoanın 2, almanın 3 sortu  Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə təsdiq edilib. Yeni sortlar məhsuldarlığı və digər təsərrüfat faydalı göstəriciləri ilə  mövcud olan sortlardan üstünlük təşkil edir.

Bununla yanaşı 19 bitki üzrə 64 yeni sort, cins və hibridlərin, o cümlədən  dənli və dənli-paxlalı bitkilərin-9, texniki bitkilərin-6, tərəvəz, bostan bitkilərinin-13,  kartof bitkisinin-19, meyvə bitkilərinin-16, xına bitkisinin-1 sortunun sınağına başlayıb.  Eyni zamanda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda Xəstəliklərdən Azad Kartof Toxumçuluğunun İstehsalının İnkişaf Etdirilməsi”-TCP/AZE/3402 layihəsi çərçivəsində kartofun Almaniya və Hollandiya mənşəli 19 sortunun sınağı həyata keçirilib.

Azərbaycan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan Seleksiya Nailiyyətlərinin Dövlət reyestri nəşr edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR