"Facebook"da yenilik: elektron ticarət platforması yaradıldı - VİDEO

"Facebook"da yenilik: elektron ticarət platforması yaradıldı - VİDEO
21:22 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Facebook" ünsiyyət vasitəsi olmaqla yanaşı, elektron ticarət platformasına çevrilir. Sosial şəbəkədə alqı-satqı funksiyası yaradılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, aparılan tədqiqatla müəyyən olunub ki, hər gün 450 milyondan çox insan "Facebook"da geyim və digər əşyaların satışı ilə bağlı elanlara baxır. Bunu nəzərə alan şirkət istifadəçilərin işini asanlaşdırmaq qərarına gəlib.

Yeni xidmət vasitəsilə məhsulun alış-satışı ilə yanaşı, barteri də mümkündür. Funksiyanın istifadəsi isə olduqca asandır.

Hazırda bu funksiyadan istifadə  4 ölkədə  mümkündür. Bunlar Amerika Birləşmiş Ştataları, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyadır. Yaxın gələcəkdə xidmətin əhatə dairəsi genişlənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/476112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR