Şəkər xəstəliyinin əlamətləri hansılardır?

Şəkər xəstəliyinin əlamətləri hansılardır?
21:22 4 Oktyabr 2016
394 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox su içmək və çox acımaq qan şəkərində tarazlığın pozulması səbəbindən yaranan diabetin səciyyəvi əlamətləridir. Həmçinin anoreksiya, halsızlıq, tez yorğunluq, bulanıq görmə, naməlum səbəbdən arıqlamaq, qaşınma, inadkar infeksiyalar və başqa bir çox tapıntı da şəkər xəstəliyinin əlaməti ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, köklük və ya artıq çəki, beli qalın olan insanlarda 40 yaşından sonra daha qabarıq olmaqla diabet riski artır. Birinci dərəcə yaxın qohumu (ana, ata, qardaş) diabet olanlar, yüksək təzyiqi olan insanlar, gizli şəkər aşkar edilənlər, damar xəstəliyi olanlar, fiziki fəallığı aşağı olan insanlar, şizofreniya xəstələri və antipsikotik dərman istifadə edənlər bu xəstəliyin riskini daşıyırlar.
 
Diabetli xəstənin gündəlik həyatda zəruri olaraq etməli olduğu hərəkətlər sağlam yaşamaq istəyən hər hansı bir insandan çox fərqlənmir. Diabetli insan sağlam qidalanmalı, siqaret çəkməməli, spirtli içki qəbul etməməli, mütəmadi idman etməli, dərmanlarını nizamlı qəbul etməli, sağlamlıq müayinələrini ləngitməməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR