Qeyri-adi evlilik təklifi - video+fotolar

Qeyri-adi evlilik təklifi - video+fotolar
22:11 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kahramanmaraş şəhərində 27 yaşlı Samet Can adlı gənc iki ildir birlikdə olduğu sevgilisinə sürpriz evlilik təklifi mərasimi hazırlayıb.

Axşam.az “İhlas” agentliyinə istinadən xəbər verir ki, Samet 26 yaşlı sevgilisi Nazan Akdenizi qırmızı xalı üzərindən keçirərək hazırlıq gördüyü məkana gətirib.

Burada Nazan canlı musiqi və içində “Bir sabaha daha sənsiz oyanmaq istəmir. Mənimlə evlənərsənmi?” yazılan böyük plakatla qarşılanıb.

Nazan Sametin mahnı oxuyaraq etdiyi evlilik təklifini müsbət cavablandırıb və bu anda atəşfəşanlıq başlayıb.

Xoşbəxt cütlük klassik avtomobillə məkandan uzaqlaşıb.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR