Aktrisa sözünü tutdu - fotolar

Aktrisa sözünü tutdu - fotolar
22:51 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa Lindsi Lohan Türkiyəyə daha öncəki səfərində suriyalı bir qaçqın ailə ilə görüşmüş və yenidən ziyarət edəcəyinə söz vermişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, L.Lohan bu günlərdə yenidən Türkiyəyə səfər edərək həmin ailəni yenidən ziyarət edib.

Ailənin kiçik qızı Helaya sarılan Hollivud ulduzu kövrəlib. Aktrisa ailə ilə uzun söhbət edib və uşaqlara hədiyyələr verib.

Lohan “Biz sənətçilər sosial media istifadə edərək Suriyada baş verən hadisələrə diqqət çəkmək istəyirik” deyib.

Qeyd edək ki, bir neçə gün öncə Lohanın barmağının bir hissəsi qopmuş və əməliyyatla yerinə tikilmişdi.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR