Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik...

Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik...
22:57 4 Oktyabr 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Norvecin Bergen Universiteti alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bir neçə dəfə çoxdur.
Maraqlıdır ki, keçmişdə siqaret çəkən, lakin uşaq dünyaya gələn zamanda siqaretdən imtina edən kişilərin uşaqlarında bu risk yüksək olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ataları 15 yaşına kimi siqaret çəkməyə başlayan uşaqlarda astmaya xüsusilə tez-tez təsadüf edilir.
Həmçinin uşaqlarda astmanın inkişafı riski atalarında siqaret çəkmək "stajı" ilə də əlaqəlidir.  Bu "staj" nə qədər çoxdursa, risk də bir o qədər də çox olur.
Alimlərin fikirinə görə, siqaret çəkmək kişi spermasında pozulmalara səbəb olur ki, bu da gələcəkdə  onun uşaqlarında astma xəstəliyinin riskinin artmasına səbəb olur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR