Binəqədidə yanan bina: Mahmudov Eldar Mahmudovu ittiham etdi

Binəqədidə yanan bina: Mahmudov Eldar Mahmudovu ittiham etdi
23:12 4 Oktyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mən yanğın yerində olanda dedilər ki, "qonaq"lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Yanğınsöndürənlər hadisə yerinə yenicə çatırsa, bizim ofisdə əməliyyat tədbirləri keçirilməsi maraqlıdır".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən şəxslərdən Miryusif Mahmudov bu gün keçirilən məhkəmə prosesindəki ifadəsində belə deyib.

"Binanın yandırılması üçün aylarla hazırlıq işləri görülüb"

Təqsirləndirilən şəxs ifadəsində sözügedən binada baş vermiş yanğın hadisəsinə görə keçmiş MTN-i günahlandırıb: "Bir Azərbaycan vətəndaşına bu cür münasibətin nədən qaynaqlandığı mənə qəribə gəlir. Telefon xətləri kəsilmişdi, sənədlər kisələrə doldurulmuşdu. Axı hansı əsasla? Çox dəhşətli səhnə idi.

Buna 50 nəfər şahiddir. Bu binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görülüb. Əvvəllcə aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. "Poliuretan" bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan üç gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı. Mən bütün detalları müstəntiqə çatdırmaq istədim, başa düşmədi".

"Mənim heç vaxt səhvim olmayıb"

İfadəsinin davamında Miryusif Mahmudov deyib ki, yanğından əvvəl şirkətin əməkdaşlarından biri MTN-ə çağırılıb, onlardan pul tələb olunub: "Mən iş adamı olaraq hər zaman dövləti, dövlətçiliyi sevmişəm. Çox xoşbəxt ididm, təqaüdə çıxmağa hazırlaşırdım. Amma... Mənim heç vaxt nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə nazirlikdəki məlum hadisələrdən sonra danışmağa başlasalar da, mən hələ avqustun 20-də Kürdəxanıda olarkən müstəntiqə başımıza gətirilənlər barədə ətraflı danışmışdım. Həmin şəxslərin adlarını, onların telefon nömrələrini demişdim. Müstəntiq hətta həmin vaxt təəccüblənmişdi də".

"Elə bil bin Ladenlə qohumluğum vardı"

M.Mahmudov ifadəsində göstərib ki, yanğın başlayandan dərhal sonra MTN-in ofisə silahlı basqın etməsi hadisələrin əvvəlcədən planlaşdırıldığını göstərir: "Mən yanğın yerində olanda dedilər ki, "qonaq"lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Hadisə yerinə yanğınsöndürən maşınlarla eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraqlıdır. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi. Bu işi MTN özü aparmaq istəyirdi. MTN-də məndən ifadə aldılar. Hanı o ifadə? Yoxdur. Belə getmək olmaz. Bu, göz görə-gözə hazırlanmış hadisədir".

"İki ay müstəntiq yanıma gəlmədi"

Təqsirləndirilən şəxs hadisə ilə bağlı mayın 20-də Prezidentin iştirakı ilə keçirilən iclasdan da danışıb: "Orada Prezident bildirdi ki, "bu məsələni ciddi araşdırın, mənim də nəzarətimdə olacaq". Buna çox sevindim. Bütün ümidim o sözün üzərində quruldu. Düşündüm ki, prokurorluq bu işi ciddi araşdıracaq. Nəzarətdə saxlamaq o deməkdir ki, iş ətraflı, obyektiv araşdırılsın. İki ay nə telefonla danışa bildim, nə kiminləsə görüşə bildim. Nəzarətdə olan bir işin istintaqı belə aparılıbsa, görün indi nəzarətdə olmayanlar nə gündədi?! İki ay ərzində müstəntiq yanıma gəlmədi, üzləşdirilmə aparılmadı".

Ömründə nə məhkəmə, nə də istintaq görmədiyini deyən M.Mahmudov hadisədən sonra axşam saat 18.00-a qədər MTN-də.saxlanıldığını, sonra prokurorluğa gətirildiyini bildirib: "Mənə hüquqlarımı izah eləmədilər. Mənim vəkil tutmağa 500 manatım yox idi? Gecə saatlarında bir kişi gəldi, dedilər ki, vəkildi. Üç dənə kağız verdilər ki, bunları imzalamaq lazımdır. Sonradan bildim ki, biri şahid, biri şübhəli şəxs, biri də təqsirləndirilən şəxs qismində dindirmə protokolu olub".

Günün ikinci yarısı ifadəsini davam etdirən Miryusif Mahmudov onu da əlavə edib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib: "Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, "bina üzləməyə materialınız var?" Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi".

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03