Bakıda bayram günlərində həyəcanlı anlar

Bakıda bayram günlərində həyəcanlı anlar
13:26 5 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bayram günlərində gözlənildiyi kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb.

Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, son 5 gün ərzində təcili yardıma daxil olan müraciətlərin sayında adi günlərlə müqayisədə 10 faiz artıb.

“Əgər adi günlərdə 1600-1700 çağırış olurdusa, bayram günlərində çağırışların sayı 2000-ə yaxın olub. Bayram günlərində tibb müəssisələri, poliklinikalar fəaliyyət göstərmir. Bunun nəticəsində də insanlar əsasən təcili yardıma müraciət edir”, - deyə Zemfira Vahidova bildirib.

Qeyd edək ki, müraciətin 180-200-ü uşaqlarla bağlı olub. Şikayətlər əsasən qan-damar və ürək xəstəliklərdən olub. Müraciətlərdən bəziləri qarışıq qidalardan və içkilərdən zəhərlənmələrlə edilib. Son 5 gündə spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə daxil olan 6 şəxsdən 2-si xəstəxanaya qəbul edilib. İçkidən zəhərlənənlərin bir neçəsi küçədə yaşayan spirtli içki düşkünü olanlardır

Zemfira Vahidova onu da vurğulayıb ki, bayram günlərində havaların xoş keçməsilə əlaqədar dəm qazından zəhərlənənlərin sayında azalma müşahidə olunub.

“Dekabrın son günlərində dəm qazından 20-dən çox zəhərlənən olub. Lakin dekabrın 31-dən yanvarın 4-nə qədər dəm qazından təxmini 14 nəfər zəhərlənib. Bu da hər günə təxmini 3-4 nəfər düşür”, - deyə Zemfira Vahidova bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR