Tiflisdə “Milli Hərəkat” liderinin avtomobili partlayıb - VİDEO

Tiflisdə “Milli Hərəkat” liderinin avtomobili partlayıb - VİDEO
23:52 4 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Tiflisdə axşam radələrində "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Givi Tarqamadze  "Rustavi 2" televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib.
"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb".
 
G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.
 
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR