Rejissorun oğlu azadlığa çıxdı - fotolar

Rejissorun oğlu azadlığa çıxdı - fotolar
01:26 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rejissor Sinan Çetinin həbsdə olan oğlu Rüzgar Çetin azadlığa buraxılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvarında bir polisin ölümü, birinin də yaralandığı qəzanı törədən Rüzgarın cinayət işi üzrə 5-ci məhkəmə prosesi keçirilib.

O, hadisəni bilərəkdən törətmədiyini və qəza anı sərxoş olmadığını söyləyib:

“Qəzaya səbəb olacaq hərəkət etməmişdim. Sürət həddini də aşmamışdım. Kaş ki olmasaydı. Bir insanı sevdiklərindən ayırdığım üçün üzgünəm”.

Qəzada vəfat edən polis İsmet Fatih Alagözün ailəsi şikayətini geri çəkib və Rüzgar azadlığa çıxıb. Bununla belə, o, 18 ay müddətinə sürücülük hüququndan məhrum edilib.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR