x
Loading...
.

Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var

Gürcüstanda deputatın maşını partlayıb, yaralananlar var
01:27 5 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Tbilisidə Gürcüstan parlamentinin deputatı Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə parlamentari özü məlumat verib.
Onun sözləərinə görə, partlayış nəticəsində yoldan keçən bir neçə nəfər xəsarət alıb. Bundan əlavə, maşının arxa hissəsi ziyan çəkib. Tarqamadze qeyd edib ki, o və sürücüsü cüzi zərər çəkib.
Deputatın fərziyyəsinə görə, partlayış "məsafədən idarə olunan pult vasitəsi ilə törədilib".
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/gurcustanda-deputatin-masini-partlayib-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR