İki ildir maaş ala bilməyən futbolçular tətil etdi

İki ildir maaş ala bilməyən futbolçular tətil etdi
06:59 5 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Zimbabvenin “Xvange” futbol klubunun oyunçuları iki ildir məvacib ala bilmədiklərinə görə tətil elan ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərinə görə, bu  barədə Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasının (FIFPro) mətbuat xidmətinin məlumatında bildirilir.  

 

Klub rəhbərliyi məvaciblərin ödənilməsinə dair bütün tələbləri rədd etdikdən sonra futbolçular tətil elan etməyə qərara gəliblər. Aksiya problemi həll etməyə çalışan Zimbabve Futbol Birliyi tərəfindən dəstəklənib. Lakin klub rəhbərliyi təşkilatın bütün sorğu və tələblərini qulaq ardına vurur. Futbolçular artıq iki ildir ki məvaciblərinin (hər futbolçuya 2750 dollar)  ödənilməsini gözləyirlər.   

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR