FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək

FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək
07:37 5 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatınadək tribunalarda irqçiliklə mübarizə üçün azarkeşlərin davranışlarının monitorinqi üzrə yeni sistem tətbiq edəcək.
"Report" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi nümayəndəsi Alois Huqa istinadən "İzvestiya" nəşri yazıb.
"Biz tribunalarda azarkeşlərin davranışlarının monitorinqi üçün yeni sistem işləyib hazırlamışıq ki, bu da istənilən ayrı-seçkilik halları ilə mübarizədə kömək olacaq. Sistem artıq 2018-ci il dünya çempionatının seçmə mərhələsinin gedişatında hər yerdə, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda qismən tətbiq olunacaq. Biz bu sistemi tam olaraq Rusiyada keçiriləcək dünya çempionatının final məhələsində işə salmağı planlaşdırırıq", - deyə Huq bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-dc-2018-de-irqcilikle-mubarize-ucun-xususi-sistem-tetbiq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR