"Yuventus" yenə Vitseli transfer etməyə çalışacaq

"Yuventus" yenə Vitseli transfer etməyə çalışacaq
08:22 5 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" yanvarda Aksel Vitseli yenidən transfer etməyə çalışacaq. Bu barədə Turin klubuna yaxınlığı ilə bilinən "Tuttosport" məlumat yayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca senyora" belçikalı havbekə görə 5-6 milyon avro təklif etməyi planlaşdırır. "Zenit" qışda da Vitseli komandada saxlasa, yayda onu azad agent kimi buraxmağa məcbur olacaq. Bu isə "Yuventus"un xeyrinə işləyən amildir. Seriya A çempionu ötən yay Vitsel üçün 18+3 milyon avro ödəməyə hazır olsa da, "piterlilər" transferin reallaşmasına əngəl törətmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR