PKK Şanlıurfada polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub

PKK Şanlıurfada polis idarəsini atəşə tutub, bir hərbçi həlak olub
08:32 5 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

PKK Türkiyənin Şanlıurfa bölgəsində polis idarəsini atəşə tutub. APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, baş verən atışmada bir hərbçi ağır yaralanıb.

Hadisə Mardin Viranşəhər yolunun Karakuzu qəsəbəsində qeydə alınıb. Terrorçuların hücumu cavab atəşi ilə dəf edilib.
 
Ağır yaralı olan hərbçi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkünsüz olub.
 
Bölgədə antiterror əməliyyatları genişləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR