Korrupsiya ilə bağlı məlumat verənlər dövlət tərəfindən qorunacaq

Korrupsiya ilə bağlı məlumat verənlər dövlət tərəfindən qorunacaq
09:08 5 Oktyabr 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq.

Milli Məclisdən verilən məlumata görə, bu əlavə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən yeni maddədə öz əksini tapıb.

Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna 11-2-ci maddənin (Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi) əlavə edilməsi təklif edilir.

Bu maddəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Şəxsin konfidensiallığının pozulmasında təqsirli olanlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Həmin maddəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/170990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR