Qadınlara söz atdılar, qadınlarla oynayacaqlar - CƏZA

Qadınlara söz atdılar, qadınlarla oynayacaqlar - CƏZA
09:27 5 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyanın "Sparta" klubunun rəhbərliyi qadınlar əleyhinə status yazmış oyunçuları Tomaş KoubekLukaş Vaçaya maraqlı cəza verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Praqa təmsilçisi hər iki futbolçunun klubun qadınlardan ibarət komandasında məşqə çıxacağını açıqlayıb.

Çexiya çempionatının son turunun "Brno" ilə oyununda (3:3) qadın yan xətt hakiminin ofsayd qərarına etiraz edən Koubek sosial şəbəkədəki hesabında "məncə, qadınlar mətbəxdə daha yararlıdır, kişilərin oyunlarında onlara təyinat verilməməlidir" yazmışdı. O daha sonra sözlərinə görə üzr istəsə də, bu, onu məlum cəzadan xilas etməyib. Həmin oyundan sonra Koubeklə oxşar fikir bildirən Vaça da eyni cəzaya məruz qalıb.
 
"Sparta" klubu bu oyunçuların qadın komandasına göndərilməsiylə, xanımların mətbəxdən kənarda da yararlı olduqlarına yerində şahid olacaqlarını bildirib:
"Oyunçular qadın futbolçularla oynayacaq və onların mətbəxdən kənarda da özlərini ifadə edə bildiklərinin yerində şahidi olacaqlar".
 
Qeyd edək ki, 9 turdan sonra hesabında 16 xal olan "Sparta" 4-cü pillədə qərarlaşıb. Praqa təmsilçisi lider "Viktoriya"dan 6 xal geridədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR