ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
09:37 5 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 49,17 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar azalaraq 51,32 dollar olub.
 
Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da "qara qızıl" ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub. İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 mln. barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR