AFFA-nın baş katibi "Leaders Under 40 Awards" mükafatına layiq görülüb

AFFA-nın baş katibi "Leaders Under 40 Awards" mükafatına layiq görülüb
09:57 5 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov "Leaders Under 40 Awards" illik mükafatının idman sahəsində "Liderlik" kateqoriyası üzrə mükafata layiq görülüb.
Bu barədə "Report" mükafatın rəsmi saytına istinadən xəbər verir.
Laureatların mükafatlandırılması mərasimi dünən Londonda Milli Tarixi Muzeyində keçirilib.
Qeyd edək ki, "Leaders Under 40 Awards" hər il idman biznesinin yaşı 40-dan artıq olmayan ən istedadlı idarəçilərinə təqdim edilir.
Mükafatın rəsmi saytında qeyd olunub ki, Elxan Məmmədov ölkəmizdə futbol federasiyasını yenidən strukturlaşdırıb, böyük sayda gənclərin cəlb edilməsiylə futbolun və qadın futbolunun inkişafı üçün uzunmüddətli strategiya təsdiq edib, indi milli komandalar, Premyer Liqa klubları və UEFA tərəfindən istifadə olunan futbol infrastrukturlarını genişləndirib.
Xatırladaq ki, mükafat ümumilikdə 5 nominasiya - "Rəqəmsal texnologiyalar", "Sahibkarlıq", "Liderlik", "Marketinq və PR" və "Satış" üzrə təqdim olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-nin-bas-katibi-leaders-under-40-awards-mukafatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR