Dilçilik İnstitutunun şöbə müdiri: “Qaynar xətt”ə daxil olan müraciətlərin əksəriyyəti sözlərin yazılışı ilə bağlı olub”

Dilçilik İnstitutunun şöbə müdiri: “Qaynar xətt”ə daxil olan müraciətlərin əksəriyyəti sözlərin yazılışı ilə bağlı olub”
10:12 5 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətə başladığı vaxtdan bu günədək 300-dən çox müraciət daxil olub.
Bu barədə “Report”a institutun Monitorinq şöbəsinin müdir əvəzi Sevinc Əliyeva məlumat verib.
O bildirib ki, şöbəyə daxil olan bütün müraciətlər cavablandırılıb: “Zənglər rəsmi şəkildə qeydiyyata alınır. Bəzi müraciətlər yerində cavablandırılır, bəziləri isə qeyd olunur və 3 gün ərzində cavab verilir”.
S.Əliyeva qeyd edib ki, müraciətlərin əksəriyyəti sözlərin yazılışı ilə bağlı olub: “Şəxs adlarının yazılışı ilə bağlı olan müraciətlər də üstünlük təşkil edir. Bundan başqa, şəhərdə reklam lövhələrində, obyekt adlarında olan səhvlərlə bağlı zəglər olur. Həm xəbər vermə, məlumatlandırma, həm də məlumat alma xarakterli müraciətlər olur”. 
Şöbə müdiri qeyd edib ki, Dilçilik İnstitutunun “Qaynar xətt”i 24 saat, fasiləsiz fəaliyyət göstərir: “Vətəndaşların sualları, dillə bağlı iradları 24 saat ərzində yazılıb qeyd olunur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR