Bakıda yolunuzu bu küçələrdən salmayın

Bakıda yolunuzu bu küçələrdən salmayın
10:12 5 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı şəhərinin Yusif Səfərov küçəsindən paytaxtın mərkəzinə doğru istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, yolda əsas sıxlıq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında müşahidə edilir. 

Eyni zamanda, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi (Rusiya səfirliyi istiqamətində), habelə Nobel prospektində ("Port Baku" istiqamətində), Binəqədi şosesi və Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR