Bakı. 5 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin ipoteka portfelinin bir qismi "Muğanbank" ASC-yə ötürülüb.
Bu barədə "Report"a "Muğanbank"dan bildirilib.
Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.
Son nəticədə "Muğanbank"ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.