Bakıda deputatın qohumu adı ilə vətəndaşa qarşı dələduzluq edən qadına hökm oxunub

Bakıda deputatın qohumu adı ilə vətəndaşa qarşı dələduzluq edən qadına hökm oxunub
10:57 5 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.
Xatırladaq ki, N.Əhmədova 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR