Bacısının əri ilə Bakıya qaçan qızın izinə düşdülər

Bacısının əri ilə Bakıya qaçan qızın izinə düşdülər
11:05 5 Oktyabr 2016
316 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

Milli,Az bildirir ki, bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad Rayon Pois Şöbəsində əməliyyat qrupu yaradılıb. Əməliyyat-axtarış qrupunun Bakıya gəldiyi bildirilir.

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR