Bakıdakı güllələnmə ilə bağlı nazirlikdən AÇIQLAMA

Bakıdakı güllələnmə ilə bağlı nazirlikdən AÇIQLAMA
11:39 5 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR