Paris moda həftəsinin ən orijinal nümayişi - FOTOLAR

Paris moda həftəsinin ən orijinal nümayişi - FOTOLAR
11:48 5 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

“Chanel” fransız moda evi yerində dayanmır və bu sahədə lider olmaq üçün fəal inkişaf edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi və əvəzolunmaz dizayner Karl Lagerfeld Paris moda həftəsi çərçivəsində yeni kolleksiyasını nümayiş etdirib. 2017-ci ilin yaz-yay kolleksiyası bu dəfə öz möhtəşəm memarlığı seçilən, maraqlı dekorasiya edilmiş “Grand Palais” sarayında baş tutub.

Ümumdünya hörümçək toru və kompüter texnologiyaları “Chanel”-in 2017 yaz-yay mövsümünün yeni kolleksiyasının əsas mövzusu olub. Ayrı-ayrı paltarlardakı printlər server otaqlarının işıqlandırılmasını xatırladır, tvid jaketlərdəki düyünlənmiş tellər isə mikrosxem rəsmlərinə çox oxşayır. Sadaladığımız hər detal ideal şəkildə birləşir və nəticədə Karl Lagerfeldin yeni mövzusu bir-birini gözəl tamamlayır!

Dizaynerin kolleksiyasının ikinci ilham mənbəyi 1991-ci illərin hip-hop mədəniyyəti olub. Hip-hop mədəniyyətinin əsas elementi kepka, ağır və kobud asma zəncirlərdir. Karl yeni kolleksiyada bu detallardan bolluca istifadə edib.

Ən əsas mövzu isə nümayişin açılışında iki modelin podiuma robot formasında çıxması olub. Karl modapərəstləri təəccübləndirməyi xoşlasa da, belə bir addımı ondan həqiqətən heç kim gözləmirdi. Ümumilikdə kolleksiya həcmli və kifayət qədər maraqlı alınıb. Moda evinin vizit kartı sayılan tvid parça yenə də birinci yerdədir. Orijinal fasonlar isə kifayət qədər cəlbedici görünür!

Aytən





















































































Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/171008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR