Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlər dondurulacaq

Terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlər dondurulacaq
11:54 5 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinərək aşkarlanan aktivlərin dərhal dondurulması üçün yeni qaydalar müəyyənləşdirilir.

 

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni 40-4-cü Fəsil (Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat) əlavə edilir.

 

 

Yeni fəsildə əks olunan maddələrdə müvafiq icra hakimiyyəti tərəfindən aparılan yoxlama zamanı terrorçuluğun maliyyələşdirilməsində aşkar olunan fiziki və hüquqi şəxslərə məxsus aktivlərin dərhal məhkəmə yolu ilə dondurulması və görüləcək tədbirlər təsbit olunub.

 

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR