Oktyabrın 7-də Bakıda keçirilməsi planlaşdırılan “Beyaz live” şousu təxirə salınıb.
Heydər Əliyev Sarayının mətbuat xidməti Axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib.
Qeyd edək ki, təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertdə Beyazit Öztürklə yanaşı Hakan Altuğ, Ayla Çelik, İrem Derici və əməkdar artist Röya Ayxan çıxış edəcəkdi.
Beyaz Avropa turnesi çərçivəsində bakıya gəlirdi.