Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü qaçdı - FOTO

Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü qaçdı - FOTO
12:12 5 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Aeroport yolunda, yolun Mərdəkan qəsəbəsi istiqamətində olan hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkət edib. Bu zaman "Mercedes"in sürücüsü idarəetməni itirərək qarşısında onunla eyni istiqamətə doğru hərəkət edən "VAZ 21015" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ" markalı avtomobildə olan 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarət alıblar.
Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Məlumata görə, "Mercedes"in sürücüsü ərazidən qaçıb. Buna baxmayaraq, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları sürücünün kimliyini müəyyənləşdiriblər. Onun axtarışına başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR