Yığmamızın böyük hesablı məğlubiyyətləri...

Yığmamızın böyük hesablı məğlubiyyətləri...
12:17 5 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarında 24-cü dəfə böyük hesabla uduzub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AÇ-2017-nin seçmə mərhələsinin Litvada keçirilən V qrupunun ilk qarşılaşmasında Avstriyaya 1:4 hesabı ilə yenilən komandamız bunadək 23 dəfə darmadağına üzülmüşdü.

Keçirdiyi 70-ci matçda 24-cü dəfə böyük hesabla yenilən yığmamız ümumilikdə 46 dəfə məğlub olub. Bunların yarıdan çoxunda 3 və ya daha yüksək top fərqi qeydə alınıb.
 
Ən ağır məğlubiyyəti 0:10 hesablı olan komandamız 16 il öncə Rusiya qarşısında aciz qalıb. Bundan başqa, iki dəfə 0:7, bir dəfə 1:7 və bir dəfə 0:5 hesabına üzülən millimiz 5 dəfə 4 cavabsız qol buraxıb. 1:5-lə üç dəfə üzləşən yığmamızın 3 top fərqli yenilgilərinin sayı 11-di. Bunlardan biri 2:5, iksi 1:4, səkkizi 0:3 hesablıdır.
 
Qeyd edək ki, 2001-ci ilədək U-18-lər, son 14 ildə isə U-19-lar mübarizə aparıblar.
 
Yığmamızın böyük hesablı məğlubiyyətləri
 
16.10.1994. Slovakiya - 0:7
11.10.1995. Macarıstan - 0:3
22.08.1998. Şimali İrlandiya - 0:3
01.10.2000. Rusiya - 0:10
03.10.2002. İsrail - 0:4
05.10.2002. Almaniya - 0:7
27.10.2003. Finlandiya - 1:5
29.10.2003. Xorvatiya - 0:3
30.09.2004. Fransa - 0:3
27.09.2005. Portuqaliya - 1:5
29.09.2005. Rusiya - 0:3
29.10.2006. Macarıstan - 0:5
01.06.2007. İspaniya - 0:4
04.06.2007. İslandiya - 2:5
26.10.2007. Ukrayna - 0:3
14.10.2009. Danimarka - 0:3
19.04.2010. İspaniya - 0:4
08.10.2011. Rumıniya - 0:3
31.10.2012. Xorvatiya - 1:7
15.10.2013. İsveç - 1:5
12.11.2014. Slovakiya - 1:4
31.03.2015. Danimarka - 0:3
10.11.2015. Ukrayna - 0:4
04.10.2016. Avstriya - 1:4

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR