Dolları bahalaşdıran 5 SƏBƏB

Dolları bahalaşdıran 5 SƏBƏB
12:23 5 Oktyabr 2016
123 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə dolların məzənnəsi maksimum həddə çatıb. Belə ki, dollar türk lirəsinə nəzərən bahalaşaraq 3,05 TL təşkil edib.

Publika.az xəbər verir ki, analitiklər dolların dəyər qazanmasının 5 səbəbini araşdırıb. Məlum olub ki, dolların türk lirəsinə nəzərən dəyər qazanmasının birinci səbəbi inflyasiyanın sentyabr ayında illik bazada 7,28 faizə düşməsidir. Hansı ki, bundan sonra Mərkəzi Bankın faiz endiriminə gedəcəyi ilə bağlı gözləntilər artıb. Nəticədə türk lirəsi hər gün zəifləyir.

İkinci səbəb kredit dərəcələndirmə təşkilatı “Moodys”un Türkiyənin notunu sərmayə yatırıla biləcək səviyyədən aşağı salmasıdır. Bu hesabatın bazara təsirləri artıq bir müddətdir davam edir. Səhmlərdə yaşanan çıxış türk lirəsini zəiflədir.

Üçüncü səbəb ABŞ Mərkəzi Bankının dekabrda faiz artımına gedəcəyi ilə bağlıdır.

Dördüncü səbəb İngiltərənin baş nazirinin 2017-ci ilin mart ayında Avropa Birliyindən ayrılma ilə bağlı prosesin başlayacağına dair açıqlamalarıdır. Brexit dollara olan tələbi artırır.

Nəhayət, sonuncu səbəb Almaniyanın aparıcı maliyyə strukturu “Deustche Bank”a qarşı tətbiq edilən 14 milyard dollarlıq cəzadır. Hansı ki, bankın ətrafında yaşanan problemin digər banklara da sirayət edəcəyinə dair narahatçılıqları artırıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR