Ruhanini devirəcəklər – Ayətullahların “Amerika planı”

Ruhanini devirəcəklər – Ayətullahların “Amerika planı”
12:33 5 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani postunu itirmək təhlükəsi ilə üz-üzədir.

Publika.az
xəbər verir ki, mühafizəkarlar Ruhanini nüvə anlaşması çərçivəsində həyata keçirmək istədiyi çirkli pulların yuyulması ilə mübarizə üzrə maliyyə sisteminin tətbiqinə və bank sistemində dəyişikliklərə görə ciddi tənqid edirlər.

İran İnqilab Keşişçiləri Korpusu Ruhaninin bu addımlarının ölkənin suverenliyinə təhlükə olduğunu düşünürlər.

Mühafizəkarlar Ruhanini “vətənə xəyanət”də ittiham edirlər. Hətta onlar Ruhaninin bu maliyyə sistemini tətbiq etməsini dinə qarşı çıxmaq kimi təqdim edərək, Yüksək Təhlükəsizlik Qurumunu və Baş Prokurorluğu bunu dayandırmağa çağırırlar.

Çirkli pulların yuyulması ilə mübarizə üzrə maliyyə sistemi 1989-cu ildə yaradılıb. 2001-ci il 11 sentyabr terrorundan sonra terrorçu qruplara pul axınının qarşısını almaq üçün də bu sistem təkmilləşdirilib.

2007-ci ildə İran, Şimali Koreya və Kuba bu sistem üzrə qara siyahıya salınıb. Bunun nəticəsində hər üç ölkənin bank sektoru ciddi ziyan gördü. Sanksiyalar dövründə İran çirkli pulların yuyulması və terrorçulara pul göndərməkdə ittiham olunurdu. Hazırda Kuba qara siyahıdan çıxarılsa da, İran və Şimali Koreyanın adı hələ də qalır.

İran qara siyahıdan çıxmaq üçün indiyə qədər bir sıra addımlar atıb. Məlumatlara görə, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ilk iqtidar dövründə hökumət nümayəndələri Parisdə ABŞ rəsmiləri ilə gizli görüşlər keçirsə də, anlaşma əldə olunmadı. İran adının qara siyahıdan çıxarılması üçün 2009-cu ildə çirkli pulların yuyulması ilə mübarizə haqqında qanun qəbul etdi. Lakin İranın adı siyahıdan çıxarılmadı.

Ruhaninin vaxtilə İrana qarşı tətbiq olunan maliyyə sistemini qəbul etməsi ölkənin suverenliyini təhlükə altına almaq kimi qiymətləndirilir.

Ehtimallara görə, 2017-ci il prezident seçkilərində mühafizəkarlar Ruhanini devirə bilər.

“İkinci islam inqilabı”: öz balalarını diri-diri yeyən İran xilas ola bilmir

2015-ci ilin iyulunda “Altılıq” ölkələri (Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, ABŞ və Çin) ilə İran arasında tarixi anlaşma əldə olundu. İranın nüvə proqramının inkişafına beynəlxalq nəzarətin edilməsinin əvəzinə bu ölkəyə qoyulan sanksiyalar ləğv edildi. Bu sazişin beynəlxalq iqtisadiyyata, eləcə də İranın daxili vəziyyətinə ciddi təsir edəcəyi haqda qızğın müzakirələr gedirdi.



Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR